Modern.az

Hərbi iqtisadiyyata keçid Rusiyanı məhv edə bilər

Hərbi iqtisadiyyata keçid Rusiyanı məhv edə bilər

Dünya

Bu gün, 20:55

Moskva meri Sergey Sobyanin Rusiyada iqtisadiyyatın tamamilə hərbi relslərə keçirilməsi çağırışlarını kəskin tənqid edərək bildirib ki, belə addım ölkənin normal iqtisadi həyatını məhv edər və nəticədə Rusiyanın özünə zərbə vurmuş olar.

Modern.az xəbər verir ki, Sobyanin TASS-a müsahibəsində deyib ki, son illərdə səsləndirilən və son olaraq Dövlət Dumasının deputatı Andrey Kolesnik tərəfindən təkrarlanan “hərbi iqtisadiyyat”a keçid təklifləri əsassızdır.

“Əgər dinc həyatın iqtisadiyyatı olmasa, vergi gəlirləri, əhalinin gəlirləri də olmayacaq. Belə olan halda nə müharibədə uğur qazanmaq, nə də ölkənin sabitliyini qorumaq mümkün olacaq. Normal iqtisadiyyatı məhv etmək əslində ölkəni məhv etmək deməkdir”, – deyə Sobyanin vurğulayıb.

Xatırladaq ki, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr fonunda ölkə iqtisadiyyatının “hərbi relslərə keçirilməsini” və “tammiqyaslı hərbi fəaliyyətə” başlanmasını təklif etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!