Son dövlət Rusiyada valideynlər yeni doğulan uşaqları üçün daha çox nadir, yunan və slavyan mənşəli adlar seçməyə başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə Rusiyada VVAQ idarələrindən birinin rəhbəri Yevgeni Sibiryayev bildirib.
Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Mlada, Boqdana, Radomir, Melissandra, Leon və Yevsey kimi qeyri-adi adlar verilir.
Sibiryayev qız uşaqları arasında populyar adların Alla, Mlada, Boqdana, Siyana, Yevgenika, İnna, Melissandra və Larisa olduğunu bildirib.
Oğlan uşaqları üçün isə daha çox Radomir, Yakov, Yevsey, İqor, Leon, Proxor və Marsel kimi adlara üstünlük verilir.
Bununla yanaşı, Rusiyada ənənəvi olaraq populyar olan Sofiya və Mixail adları ən çox seçilən adlar sırasında qalır.
2025-ci ildə Rusiyanın bölgələrində yeni doğulan qız uşaqları arasında ən populyar ad Sofiya olub.