Modern.az

Türkiyə və Pakistanla razılaşma Səudiyyə Ərəbistanını qorumayacaq - İRAN

Türkiyə və Pakistanla razılaşma Səudiyyə Ərəbistanını qorumayacaq - İRAN

Dünya

7 Avqust 2026, 17:34

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi İbrahim Rəzai Səudiyyə Ərəbistanının təhlükəsizlik siyasətini tənqid edib.

Modern.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı açıqlamada Türkiyə və Pakistanla imzalanacaq formal razılaşmaların Ər-Riyadın təhlükəsizliyini təmin etməyəcəyini bildirib.

"Səudiyyəlilər başa düşməlidirlər ki, Türkiyə və Pakistanla formal razılaşma onlara təhlükəsizlik gətirməyəcək. Necə ki, uzun illər amerikalıların maraqlarına birtərəfli şəkildə xidmət etmək də onlara təhlükəsizlik gətirmədi. Siyasətinizi elə dəyişin ki, təhlükəsizlik üçün başqalarına möhtac qalmayasınız", – deyə Rəzai qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az