İspaniya hökuməti İtaliyadan gələn turistlər üçün dəniz və hava limanlarında müvəqqəti olaraq daxili sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Nəzarət tədbirləri avqustun 8-də qüvvəyə minəcək və turistlərin şəxsiyyətini təsdiq edən sənədlərin və vətəndaşlığının yoxlanılmasını əhatə edəcək. Bu yoxlamalar təsadüfi şəkildə aparılacaq və dəyişən şərait bu müddətdə dəyişiklik tələb etmədiyi təqdirdə, sentyabrın 7-dək qüvvədə qalacaq.