Modern.az

Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır

Dünya

Bu gün, 16:32

Türkiyə hökuməti bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə edilən hücumların intensivləşməsindən narahat olduğu üçün ticarət gəmilərinin Qara dənizə keçidinə məhdudiyyətlər tətbiq edir.

Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi neft və taxıl ixracının ən mühüm mərkəzlərindən biri sayılan Novorossiyskə yollanan bir neçə gəmiyə xəbərdarlıq göndərib. Bildirilib ki, hazırkı vəziyyətdə həmin gəmilərin keçidinə icazə ya ümumiyyətlə verilmir, ya da Dardanel boğazından keçidlə bağlı müraciətlərin dəyərləndirilməsi üçün əlavə vaxt tələb olunur.

Bununla belə, tətbiq edilən məhdudiyyətlərin dəqiq müddəti və əhatə dairəsi hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada