Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün yaranmasındakı rolundan danışıblar. Həmçinin danışıq zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının hazırkı vəziyyəti müzakirə olunub.
İki ölkə liderləri TRIPP-ın tikintisi üzrə işlərə yaxın gələcəkdə başlamaq əzmində olduqlarını təsdiqləyiblər.
Paşinyan 2025-ci il avqustun 8-də Ağ Evdə Vaşinqton Sülh Sammitinin təşkilinə, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi birgə bəyannaməni şahid qismində imzaladığına görə Trampa təşəkkür edib.