"Rusiya çıxılmaz vəziyyətə düşəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər uzunmüddətli və tükəndirici müharibə cəbhədən tamamilə Rusiyanın arxa bölgələrinə keçərsə və məsələ Moskva üçün ekzistensial təhlükə xarakteri alarsa, Kreml “son varianta” əl ata bilər.
Fidan bildirib ki, bu məsələ Rusiya və Qərb tərəfləri ilə keçirdiyi görüşlər zamanı artıq müzakirə olunub.
O, vəziyyəti təhlükəli adlandıraraq qeyd edib ki, əvvəllər mümkünsüz hesab edilən bir çox ssenari son nəticədə baş verib.