Modern.az

Ərdoğan yeni səfirlər təyin etdi - Siyahıda Ukrayna da var 

Ərdoğan yeni səfirlər təyin etdi - Siyahıda Ukrayna da var 

Dünya

9 Avqust 2026, 09:12

Türkiyədə bir sıra ölkələrə yeni səfirlər təyin edilib.

Modern.az xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərar imzalayıb.

Qərara əsasən, Fatma Cerən Yazqan Türkiyənin Ukraynadakı yeni səfiri təyin edilib. Bu təyinata qədər o, Türkiyənin Niderlanddakı səfiri idi.

Həmçinin, Mustafa Levent Bilgen İslandiyaya, Ayşe Sözen Usluer BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə,  Burak Akçapar isə Niderlana səfir təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)