Ermənistanın sabiq baş naziri Ovik Abraamyanın oğlu Arqam Abraamyan 30 aprel 2023-cü ildə İrəvanda törədilmiş sifarişli qətl işi üzrə ötən gün saxlanılıb.
Modern.az xəbər verir ki, İstintaq Komitəsinin bildirdiyinə görə, o, həyat yoldaşı Emma Tsarukyana (həbs edilmiş siyasətçi və iş adamı Qagik Tsarukyanın qızı) qısqandığı üçün dini “Yevangelist Xristianlar” təşkilatının 54 yaşlı ruhani pastoru Sogomon V.-nin öldürülməsini mühafizəçisinə sifariş edib.
Arqam Abraamyanın saxlanılmasını Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.
Bildirilir ki, Niderland vətəndaşı olan Sogomon V. İrəvanda Myasnikyan prospektində yerləşən binanın giriş qapısının qarşısında öldürülüb.