Modern.az

İran Hörmüz boğazını bu şərtlərlə açacağını ELAN ETDİ

İran Hörmüz boğazını bu şərtlərlə açacağını ELAN ETDİ

Dünya

9 Avqust 2026, 09:29

İran Hörmüz boğazını yenidən açmaq üçün ABŞ tərəfinə şərtlər irəli sürüb.

Modern.az xəbər verir ki, müvafiq şərtləri İranın milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmisi elan edib.

İlkin tələblərə görə, Hörmüz boğazının yenidən açılması üçün ABŞ dəniz blokadasını aradan qaldırmalı, hərbi qüvvələrini geri çəkməlidir.

Həmçinin, ABŞ-nin davam edən müharibəni birdəfəlik dayandırması ilə bağlı tələb də şərtlər arasında yer alıb. Bundan əlavə, İran və Oman tərəfləri Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı razılaşmaya yaxın olduqlarını açıqlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az