Modern.az

Ukrayna ordusu Belqoroda dronlarla hücum etdi - VİDEO 

Ukrayna ordusu Belqoroda dronlarla hücum etdi - VİDEO 

Dünya

Bu gün, 09:51

Ukrayna Silahlı Qüvvələri gecə saatlarından başlayaraq Rusiyanın Belqorod vilayətinə dronlarla hücum edib.

Modern.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.

Məlumata görə, hücum nəticəsində 2-si azyaşlı olmaqla, 13 nəfər xəsarət alıb.

"Belqorod yenidən dronların kütləvi hücumuna məruz qalıb. Zərbələr nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin yaralnadığı barədə məlumat daxil olub. Təcili yardım briqadası qəlpə yaraları alan 4 yaşlı uşağı regional klinik xəstəxanaya aparıb. 9 yaşlı bir oğlan və daha 3 nəfər hadisə yerində tibbi yardım alıb. 8 nəfər isə digər xəstəxanalara yerləşdirilib” – deyə Şuvayev qeyd edib.

 

 

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada