Modern.az

İranda zəlzələ BAŞ VERDİ

İranda zəlzələ BAŞ VERDİ

Dünya

9 Avqust 2026, 10:35

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb.

Məlumata görə, Həftkel və İze şəhərləri ətrafında qeydə alınan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az