Modern.az

"Hazırda Amerika ilə danışıqlarımız yoxdur" - Əraqçi

"Hazırda Amerika ilə danışıqlarımız yoxdur" - Əraqçi

Dünya

9 Avqust 2026, 12:59

“Hazırda Amerika ilə danışıqlarımız yoxdur. Bəli, vasitəçilər üzərindən mesaj mübadiləsi aparılır. Bu, danışıqlar adlandırılmır, bu, “mesaj mübadiləsidir”.

Modern.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya açıqlaması zamanı səsləndirib.

O qeyd edib ki, vasitəçilər hələ də danışıqların bərpası üçün şərait yaratmağa çalışırlar: "Bizim mövqeyimizə görə, Qarşılıqlı Anlaşma Memorandumunun (MoU) müddəalarının pozulmasına son qoyulmayana və Amerika bu memorandum çərçivəsində törətdiyi pozuntular nəticəsində dəymiş zərəri kompensasiya etməyənə qədər danışıqların bərpası üçün heç bir imkan yoxdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az