Ukrayna silahlı qüvvələri Rusiyanın İlski neft emalı zavoduna hücum edib.
Modern.az xəbər verir ki, Krasnodar diyarının Severski rayonunda yerləşən İlski neft emalı zavodunda hücum səbəbindən baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb.
Rayon rəhbərinin bildirdiyinə görə, yanğına Ukrayna tərəfindən həyata keçirilən hücum zamanı pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəb olub.
Mənbələrin məlumatına görə, zavoda dəyən zərər səbəbindən müəssisənin fəaliyyəti tamamilə dayandırılıb. Onların qiymətləndirməsinə əsasən, təmir işlərinin aparılması və istehsal prosesinin bərpası ən azı 6 ay çəkəcək.