Modern.az

Möctəba Xamenei İranın qonşularına ABŞ ilə bağlı ÇAĞIRIŞ ETDİ

Möctəba Xamenei İranın qonşularına ABŞ ilə bağlı ÇAĞIRIŞ ETDİ

Dünya

Bu gün, 13:44

İranın Ali lideri Möctəba Xamenei İranla qonşu ölkələri Tehranın təcavüzkar hesab etdiyi dövlətlərə münasibətdə mövqelərini açıq şəkildə müəyyənləşdirməyə çağırıb.

Modern.az xəbər verir ki, bununla bağlı o, "Telegram" hesabında paylaşım edib.

Dini lider yazıb ki, İranın 15 ölkə ilə quru və ya dəniz sərhədi var və Tehran bu ölkələrlə “isti və konstruktiv münasibətlər” saxlamağa çalışır.

Bununla belə, Xameneinin sözlərinə görə, həmin dövlətlərdən bəziləri uzun illər ərzində öz ərazilərində ABŞ-ın regiondakı təsirini təmin etməli olan hərbi və maliyyə bazalarının yaradılmasına imkan veriblər: “Bu ölkələr sevimli vətənimizə qarşı təcavüzkarlara və vətəndaşlarımızın qatillərinə münasibətdə öz mövqelərini açıq şəkildə müəyyənləşdirməlidirlər”.

Xamenei həmçinin belə bazaların mümkün qədər tez bağlanmasına çağırıb. O, ABŞ-ın təhlükəsizlik və sülh barədə ritorikadan yalnız öz həqiqi məqsədlərini gizlətmək üçün istifadə etdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada