Modern.az

Avropanın mərkəzində İsrail dronları istehsal olunacaq 

Avropanın mərkəzində İsrail dronları istehsal olunacaq 

Dünya

Bu gün, 14:47

Serbiya İsraillə birgə sentyabrın ortalarında pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavod açmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç Belqradda Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, zavodun açılış mərasimi təxminən 15-20 sentyabr tarixlərində keçirilə bilər.

Serbiyanın “Srpske” nəşrinin məlumatına görə, müəssisə Şimanovtsi şəhərində yerləşəcək. Layihənin 51%-i İsrailin “Elbit Systems” şirkətinə, 49%-i isə Serbiyanın dövlət şirkəti “Jugoimport SDPR”ə məxsus olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada