ABŞ Demokratları seçkilərdə qələbə qazanacağı təqdirdə Trampa qarşı araşdırmalar hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, plan Tramp administrasiyasının qəbul etdiyi qərarları və prezidentin səlahiyyətlərindən özünün, müttəfiqlərinin və ya donorlarının maraqları naminə mümkün istifadəsini araşdırmaq üçün dinləmələrin keçirilməsini, çağırış vərəqələrinin göndərilməsini və sənədlərin tələb edilməsini nəzərdə tutur.
Demokratlar Konqresin tələblərinə Ağ Ev tərəfindən müqavimət göstəriləcəyini gözlədikləri üçün məlumatları administrasiya ilə əlaqəli şirkətlər, podratçılar və maliyyə strukturları vasitəsilə əldə etməyə ümid edirlər.
Potensial araşdırma obyektləri arasında "Apple", "Alphabet", "Palantir", "Blackstone", "BlackRock", həmçinin İlon Maska məxsus şirkətlər, o cümlədən "Tesla" da müzakirə olunur.
Qeyd edilib ki, hədəflərin yekun siyahısı hələ təsdiqlənməyib və rəsmi araşdırmalar indiyədək başlamayıb.