Modern.az

Pezeşkian Xamenei ilə görüşdü

Pezeşkian Xamenei ilə görüşdü

Dünya

9 Avqust 2026, 15:47

İranın ali rəhbəri Müctəba Xamenei ölkə prezidenti Məsud Pezeşkianla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Xamenei X hesabında məlumat paylaşıb.

O qeyd edib ki, prezidentliyinin üçüncü ilinə başlayan Pezeşkianın ali liderlə görüşü keçirilib və ölkənin iqtisadi, hərbi məsələləri müzakirə edilib. Həmçinin İranın əsas problemləri, xüsusən də əhalinin ehtiyaclarının ödənilməsinə toxunulub.

"Müharibənin mövcud şərtləri, gələcək perspektivlər, hərbi sahənin inkişafı, valyuta, enerji sahələrində ehtiyatların təmin edilməsi və xərclərin idarə olunması üzrə həll yolları, eləcə də xarici tərəflərlə qarşılıqlı iqtisadi əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb", - Xamenei yazıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az