Erməni Apostol Kilsəsi (EAK) Ermənistanın Dövlət Gəlirləri Komitəsinə (DGK) qarşı məhkəməyə müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.
Kilsə Post-Gömrük Nəzarəti və Yoxlamalar İdarəsi tərəfindən tərtib edilmiş 14 aprel 2026-cı il tarixli 0011-A nömrəli gömrük yoxlaması aktının, eləcə də DGK-nin Vergi və Gömrük orqanlarının Apellyasiya Komissiyasının 11 iyun 2026-cı il tarixli qərarının həmin aktla bağlı hissəsinin etibarsız hesab edilməsini tələb edir.
Məhkəmə iddianı icraata qəbul edib və işə yazılı icraat qaydasında baxılmasına qərar verib.
Məlumatda gömrük yoxlaması aktında konkret olaraq hansı pozuntuların qeydə alındığı və Kilsənin DGK-nin hansı tələblərindən şikayət etdiyi açıqlanmır.