Modern.az

Netanyahu: İsrail “Sülh Şurası”nın Qəzza ilə bağlı planını rədd edir

Netanyahu: İsrail “Sülh Şurası”nın Qəzza ilə bağlı planını rədd edir

Dünya

Bu gün, 17:42

Baş nazir Benyamin Netanyahu bu gün ilk dəfə rəsmi şəkildə İsrailin “Sülh Şurası”nın Qəzza ilə bağlı 15 bənddən ibarət planını rədd etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Ynet” məlumat yayıb.

“İsrail 15 bənddən ibarət sənədi rədd edir. Eşitmişəm ki, bizə deyirlər: "Siz bunu deməmisiniz". Ona görə bir daha deyirəm: İsrail 15 bənddən ibarət sənədi rədd edir. HƏMAS silahsızlaşdırılana qədər İsrail ordusunun geri çəkilməsi olmayacaq”, — deyə Netanyahu bildirib.

Qeyd edək ki, plan HƏMAS-ın mərhələli şəkildə silahsızlaşdırılmasını və paralel olaraq İsrail ordusunun Qəzza sektorundan mərhələli şəkildə çıxarılmasını nəzərdə tuturdu.

 

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada