Kanadanın qərbində sürətlə yayılan meşə yanğınına görə minlərlə insanı evlərini tərk edib.
Modern.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilib ki, təxminən 22 min nəfərin təxliyəsi barədə qərar verilib, daha 9,7 min sakinə isə evlərini tərk etməyə hazır olmaları barədə xəbərdarlıq olunub.
Güclü meşə yanğını səbəbindən Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilib.
Hakimiyyət orqanları təxminən 12 min nəfərin yaşadığı Sammerlend şəhərinin tamamilə təxliyəsinə qərar verib. Bundan başqa, Piçlend və ətraf ərazilərdə yaşayan təxminən 8 min nəfərin də təxliyəsi həyata keçirilib.
Xilasedicilər yanğının miqyasını və sürətini “partlayış xarakterli” adlandırıblar.
Bald-Renc ərazisində başlayan yanğın nəzarətdən çıxıb və qısa müddətdə təxminən 9,5 min hektar əraziyə yayılıb.
Rəsmi məlumatlara görə, bu il Kanadada meşə yanğınları nəticəsində təxminən 3,9 milyon hektar ərazi yanıb.