İran parlamentində Hörmüz boğazının təhlükəsizliyi və idarə olunması ilə bağlı yeni qanun layihəsi təsdiqlənib.
Modern.az xəbər verir ki, İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyi və davamlı inkişafının təmin edilməsinə dair strateji tədbirlər” adlı sənədi qəbul edib.
Qanun layihəsinin bundan sonra parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Bundan əvvəl, avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirmişdi ki, Məclis ABŞ və İsraillə əlaqəsi olan gəmilərin Hörmüz boğazından keçidinin məhdudlaşdırılmasını nəzərdə tutan sənədi nəzərdən keçirir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri olduğundan, burada tətbiq edilə biləcək hər hansı məhdudiyyət beynəlxalq diqqət çəkir.