ABŞ-ın F-16 qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən və ABŞ Prezidenti Donald Trampın olduğu qolf-klubun üzərində uçuş qaydalarını pozan bir neçə təyyarəni ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
“Bütün hava gəmiləri NORAD təyyarələri tərəfindən təhlükəsiz şəkildə məhdudlaşdırılmış və hava məkanından çıxarılıb”, – deyə komandanlığın “X” sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
ABŞ Prezidenti sözügedən qolf-klubun sahibidir və həftəsonlarını tez-tez burada vaxt keçirir. Tramp cümə günü Bedminsterə gəlib. Onun bazar günü Vaşinqtona qayıdacağı gözlənilir.