Modern.az

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi dəyişdi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi dəyişdi

Dünya

9 Avqust 2026, 23:52

İranın ali lideri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı Möhsün Rzaini ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Müctəba Xameneinin rəsmi hesabında məlumat yayılıb.

Möhsün Rzai eyni zamanda Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi olacaq.

Bu vəzifəni daha əvvəl Əli Laricani tutub. O, mart ayında ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub. Laricanidən sonra katib vəzifəsini Məhəmməd Baqer Zülqədər icra edib.

Xamenei Zülqədəri özünün siyasi müşaviri təyin edib.

Möhsün Rzai həmçinin İranın parlamentlə Konstitusiyanın Keşikçiləri Şurası arasında yaranan fikir ayrılıqlarını həll edən Məsləhət Şurasının üzvüdür. Bu qurum dövlət vəzifələrinə namizədlərlə bağlı məsələlərə də baxır.

Rzai 1980-ci illərdə İran-İraq müharibəsi zamanı hərbi komandir olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ard-arda ağır ZƏRBƏLƏR - Moskva vuruldu