Modern.az

Filippində daşqınlar nəticəsində 16 nəfər ölüb

Filippində daşqınlar nəticəsində 16 nəfər ölüb

Dünya

Bu gün, 18:18

Filippində bəzi ərazilərdə doqquz günlük leysan yağışlarının səbəb olduğu daşqınlar, torpaq sürüşmələri və qəzalar azı 16 nəfərin həyatına son qoyub.

Modern.az xəbər verir ki, bu barədə Filippin mediası fövqəladə hallar xidmətlərinin məlumatlarına istinadən bildirib.

Tropik qasırğalar səbəbindən daha da şiddətlənən yağışlar Luson adasında məktəblərin və dövlət müəssisələrinin bağlanmasına, eləcə də paytaxt Manila küçələrinin su altında qalmasına səbəb olub.

Manila aqlomerasiyasının bəzi rayonlarına avqust ayındakı tipik göstəricinin təxminən 90%-nə bərabər olan miqdarda yağıntı düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar