Modern.az

Rusiyanın neft-kimya kompleksi vuruldu

Rusiyanın neft-kimya kompleksi vuruldu

Dünya

Bu gün, 20:23

Ukraynaya məxsus dronlar Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Dronlar 2000 kilometrdən çox məsafə qət edib.

Bu barədə Modern.az-a Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, zərbədən sonra kompleksdə yanğın və dağıntılar qeydə alınıb.

Qeyd edək ki, “ZapSibNeftexim” Rusiyanın ən böyük neft-kimya kompleksidir və ölkənin strateji kimya sənayesi müəssisələrindən biridir.

Tobolskdakı kompleks geniş çeşiddə sənaye məhsulları üçün əsas xammal istehsal edir. Bunlardan, xüsusən də, Rusiyanın müdafiə sənayesi ilə bağlı istehsalatda istifadə olunur.

Sizə yeni x var
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar