İranın Ali Rəhbəri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdollahini ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Tehran rəsmiləri yayıb.
Təyinatdan öncə Müctəba Xamenei son üç ayda ilk dəfə Prezident Məsud Pezeşkian ilə görüş keçirib. Ayətullahın dəftərxanasından verilən məlumatda tərəflərin əhalinin ehtiyaclarının təmin edilməsi, ABŞ ilə davam edən hərbi münaqişə, onun perspektivləri və xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilib.
Görüş Məsud Pezeşkianın prezidentlik müddətinin ikinci ilinin tamam olmasına həsr olunub.
Xatırladaq ki, Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin İslama Qarşı birgə hərbi əməliyyatının ilk günündə atası Əli Xameneinin ləğv edilməsindən sonra martda İranın Ali Rəhbəri postuna gəlib. Təhlükəsizlik mülahizələrinə görə Əli Xamenei ilə vida mərasimi bir neçə ay təxirə salınmış və yalnız iyulun 9-da Məşhəd şəhərindəki İmam Rza məqbərəsində baş tutmuşdu.