Modern.az

Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb

Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb

Dünya

10 Avqust 2026, 22:49

Ukraynanın Odessa vilayətində "MiQ-29" qırıcısı döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) "Telegram" kanalında məlumat yayıb.

"10 avqust 2026-cı il tarixində axşam saatlarında döyüş tapşırığını yerinə yetirərkən Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcısı itirilib", - məlumatda bildirilib.

Pilot katapult edə bilib, hazırda xəstəxanadadır. İlkin məlumata görə, aviasiya raketinin buraxılışı zamanı təyyarə alışıb və pilot idarəetməni itirib.

Xatırladaq ki, iyulun 29-da Ukraynada səmada hədəfləri ələ keçirmək üzrə döyüş tapşırığını yerinə yetirərkən "F-16" qırıcısı ilə əlaqə kəsilib. Təyyarənin pilotu uğurla katapult edib.

Sizə yeni x var
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar