ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətləri arasında növbəti danışıqlar payıza qədər baş tutmayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Mayadeen" televiziyası diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Yaxın gələcəkdə heç bir danışıqlar gözlənilmir. Əgər danışıqların yeni mərhələsi baş tutarsa, çox güman ki, yaydan sonra olacaq" - məlumatda qeyd olunur.
Avqustun 4-dən 6-dək Romada keçirilən yeddinci məsləhətləşmələr raundunun nəticələrini şərh edən mənbə Amerika və İsrail Livandan Nəbatiyyə bölgəsindəki Əli əl-Tahir yüksəkliklərindən ordusunu geri çəkməyi tələb ediblər.
İyunun 26-da Livan və İsrail ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayəblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri tədricən ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti bərpa etməlidir. Sazişə İsrail qoşunlarının təxliyə ediləcəyi "pilot zonaları"nın yaradılması daxildir.