Modern.az

İranlılar Trampın qaldığı mərtəbəni belə bilirmiş - Qəsd planının DETALLARI

İranlılar Trampın qaldığı mərtəbəni belə bilirmiş - Qəsd planının DETALLARI

Dünya

Bu gün, 18:11

ABŞ kəşfiyyatının məlumatına görə, İran tərəfi ABŞ Prezidenti Donald Trampın iyul ayında NATO sammitində iştirakı zamanı onun olduğu təyyarəyə raket hücumu hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan iki rəsmi şəxsə istinadən yazıb.

Məlumata görə, hücum planını hazırlayan şəxslər Trampın Türkiyəyə səfəri barədə kifayət qədər detallı məlumatlara malik olublar. Onların hətta ABŞ prezidentinin Ankarada qaldığı binanın konkret mərtəbəsini bildikləri iddia edilir.

Kəşfiyyat məlumatına əsasən, təhlükə NATO sammitinin başa çatmasına az qalmış, iyulun 8-də konkret xarakter alıb. ABŞ tərəfi Trampın olduğu “1 nömrəli bort”a, yəni prezidentin istifadə etdiyi istənilən təyyarəyə “yer-hava” tipli raketlə hücum təhlükəsi barədə məlumat əldə edib.

Bundan sonra təhlükəsizlik tədbirləri çərçivəsində Trampın prezident təyyarəsindən gizli şəkildə çıxarılaraq bortun mətbəxinə xidmət göstərən avtomobil furqonuna keçirildiyi bildirilir.

Mənbələrin sözlərinə görə, sammitin keçirildiyi ərazi yaxınlığında daşına bilən raket qurğusu olan şəxsin də müşahidə edilməsi təhlükənin ciddiliyini artırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...