Modern.az

Livitt vəzifəsindən gedir

Livitt vəzifəsindən gedir

Dünya

13 Avqust 2026, 00:34

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolayn Livittin ayın sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.

Modern.az-ın “Reuters”ə istinadla xəbərinə görə, Tramp bildirib ki, Livitt bundan sonra ailəsinə daha çox vaxt ayıracaq. O, keçmiş mətbuat katibinin gələcəkdə də onun əsas xarici məsləhətçilərindən biri olacağını və Respublikaçılar Partiyasında nüfuzlu səs olaraq qalacağını deyib.

Livitt isə vəzifəsində çalışdığı son bir il yarımı “həyatının ən böyük şərəfi və macərası” adlandırıb.

Qeyd edək ki, Livitt 2024-cü ildə Trampın seçki kampaniyasına qoşulub. Daha sonra keçid dövründə sözçü kimi fəaliyyət göstərib və Tramp tərəfindən Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilən ən gənc şəxs olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab