Ermənistanın keçmiş deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndəsi Martun Qriqoryan saxlanılıb.
Modern.az xəbər verir ki, Qriqoryan avqustun 13-də səhər saatlarında Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən saxlanılıb.
Komitədən bildirilib ki, Qriqoryan barəsində başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Onun həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərilib.
Antikorrupsiya Komitəsinin məlumatına görə, Qriqoryan həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi keçir.
Qeyd edək ki, Martun Qriqoryan daha əvvəl Ermənistan parlamentinin deputatı olub və 2026-cı il parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında yer alıb.