Modern.az

İran Trampın Hörmüz boğazı ilə bağlı iddiasını təkzib etdi

İran Trampın Hörmüz boğazı ilə bağlı iddiasını təkzib etdi

Dünya

13 Avqust 2026, 11:23

İrandakı Fars körfəzi Su Yolu İdarəetmə Qurumu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı iddiasına cavab verib.

Modern.az xəbər verir ki, qurumun yaydığı açıqlamada ABŞ rəsmilərinin Hörmüz boğazında İran blokadasının aradan qaldırıldığı barədə ardıcıl bəyanatları və sosial şəbəkə paylaşımlarının reallığı dəyişmədiyi bildirilib.

“Hörmüz boğazı hələ də bağlıdır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq”, - deyə açıqlamada vurğulanıb.

ABŞ Prezidenti Donald Tramp isə dünən sosial şəbəkədə paylaşımında ölkəsinin Hörmüz boğazı üzərində “tam nəzarətə” malik olduğunu iddia edib

 

Whatsapp
Bizə yazın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az