Modern.az

Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı

Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı

Dünya

13 Avqust 2026, 11:55

Rusiya prezidenti Vladimir Putin Saxalin vilayətində doğum səviyyəsinin ölkə üzrə orta göstəricidən yüksək olduğunu bildirib.

Modern.az xəbər verir ki, Putin bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko ilə görüşündə danışıb.

Valeri Limarenko görüş zamanı bildirib ki, vilayətdə ümumi doğum əmsalı 1,7-yə çatır.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin ölkənin bəzi regionlarında əhalinin azalmasının qarşısının alınmasının və həmin ərazilərdə normal yaşayış şəraitinin yaradılmasının vacibliyini vurğulayıb.

2025-ci ildə Rusiyanın kənd yerlərində doğum əmsalı 1990-cı ildən bəri ən aşağı səviyyəyə – 1,464-ə düşüb. Ən yüksək göstəricilər isə Nenets və Yamalo-Nenets muxtar dairələri, eləcə də Tıva Respublikasında qeydə alınıb.

 

 

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri