Modern.az

Azərbaycanlı mütəxəssislər Ermənistana niyə gedib? - Paşinyandan AÇIQLAMA

Azərbaycanlı mütəxəssislər Ermənistana niyə gedib? - Paşinyandan AÇIQLAMA

Dünya

Bu gün, 12:42

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlığın mümkün olduğunu bildirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə azərbaycanlı mütəxəssislərin Ermənistana səfərlərini təsdiqləyib.

O bildirib ki, Azərbaycan mütəxəssisləri Ermənistana 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında səfər ediblər.

Paşinyanın sözlərinə görə, səfərlər zamanı elektrik enerjisi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə olunub.

Ermənistan hökumətinin başçısı Azərbaycanla enerji sahəsində əməkdaşlığın, o cümlədən elektrik enerjisinin qarşılıqlı ixrac və idxalının mümkün olduğunu qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q