Ermənistanda Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifədən azad olunması üçün ərizəsi ayzıb.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Şirak vilayətindən olan Aşot Zakaryan Qarabağ müharibəsində iştirak edib. O, 2008-ci il prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın Gümrüdəki seçki qərargahının rəhbəri olub.
Zakaryan 2020-ci ildən Ermənistanın Hərbi Polisi rəisi vəzifəsini tutur. Son 6 il ərzində onun vəzifədən gedəcəyi ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, postunda qalıb. O, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının keçmiş sədri Andranik Koçaryanın dostu kimi təqdim olunur.
Qəzetin yazdığına görə, istefanın səbəbi Ermənistan ordusunda son vaxtlar hərbçilərin ölümü ilə bağlı hadisələrin artması ola bilər. Hərbi Polis rəisinin hadisələrə nəzarətin zəif olması və bu cür insidentlərin qarşısının alınması istiqamətində lazımi işlərin görülməməsində ittiham olunduğu ehtimal edilir.