Modern.az

Türkiyədə 107 nəfərin olduğu gəmi yandı

Türkiyədə 107 nəfərin olduğu gəmi yandı

Dünya

13 Avqust 2026, 16:11

Türkiyənin cənub-qərb sahillərində turist gəmisində yanğın baş verib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı gəmidə uşaqların da olduğu 107 nəfər sərnişin və ekipaj üzvü olub. Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi və dəniz polisi qüvvələri cəlb edilib.

Yanğından xilas olmaq üçün sərnişinlərin bir qismi yanan gəmidən dənizə tullanıb.

Gəmidə olan 107 nəfərin hamısı təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Yanğın nəticəsində turist gəmisi demək olar ki, tamamilə yanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az