Modern.az

Ukraynada partlayış: keçmiş zabit öldü

Ukraynada partlayış: keçmiş zabit öldü

Dünya

Bu gün, 21:45

Sevastopolda partlayış baş verib. Hadisə nəticəsində keçmiş Ukrayna hərbi dəniz zabiti Robert Şageyevin öldüyü bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna və Rusiya mənbələri məlumat yayıblar.

İlkin məlumatlara əsasən, bir qadın içərisində partlayıcı qurğu olan bel çantasını partladıb. Hadisə nəticəsində Robert Şageyevin həlak olduğu ehtimal edilir.

Şageyev əvvəllər Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət edib və “Zaporojye” sualtı qayığının komandiri olub.

Məlumata görə, o, 2014-cü ildə Ukrayna Hərbi Dəniz Qüvvələrindən Rusiya Hərbi Dəniz Donanmasına keçib.

Hadisə və Şageyevin ölümü ilə bağlı məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ