Modern.az

"Boz kardinal" Trampın komandasından ayrılır

"Boz kardinal" Trampın komandasından ayrılır

Dünya

14 Avqust 2026, 19:33

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Endi Beyker yaxın həftələrdə Donald Tramp administrasiyasından ayrılacaq.

Modern.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Nəşr Beykeri Tramp komandasının “boz kardinalı” adlandırıb. O, daha əvvəl vitse-prezident Cey Di Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində də çalışıb və administrasiyanın xarici siyasət və milli təhlükəsizlik sahəsində qərarlarının qəbulunda əsas rol oynayıb.

Beyker bu il İranla aparılan danışıqlarda da şəxsən iştirak edib.

Bu yay Cey Di Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə Kliff Sims təyin olunub və o, fəaliyyətini bu postda davam etdirəcək. Mayk Nidhem isə Ağ Evdə milli təhlükəsizlik üzrə müşavir müavini vəzifəsində qalacaq.

“Axios”un Beykerə yaxın mənbəsinin sözlərinə görə, o, ailəsi ilə daha çox vaxt keçirmək üçün administrasiyadan ayrılmaq qərarına gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...