Modern.az

Rusiya ən böyük neft terminalını dayandırdı

Rusiya ən böyük neft terminalını dayandırdı

Dünya

14 Avqust 2026, 19:51

Rusiyanın Qara dənizdəki ən böyük neft ixrac terminalı olan “Şesxaris” dron hücumundan sonra neft yüklənməsini dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Şesxaris” terminalı sutkada təxminən 700 min barel neftin daşınmasını həyata keçirir.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, rezervuarların maksimum doluluq həddinə çatması səbəbindən liman neft qəbulunu da dayandırıb.

“Şesxaris” Rusiyanın Qara dənizdə əsas neft ixrac terminalıdır. İyul ayında Novorossiysk vasitəsilə sutkada təxminən 1 milyon barel neft ixrac edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?