Modern.az

Çin Putinə görə Yaponiyanın etirazlarına münasibət bildirdi

Çin Putinə görə Yaponiyanın etirazlarına münasibət bildirdi

Dünya

Bu gün, 21:35

Çin Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı etirazlarına münasibət bildirib.

Modern.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekinin mövqeyini açıqlayıb.

O, Yaponiyanı İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizama və Qahirə, Potsdam bəyannamələri kimi beynəlxalq hüquqi sənədlərə riayət etməyə çağırıb.

Çin XİN rəsmisinin açıqlaması jurnalistin Vladimir Putinin Kuril adalarının cənub hissəsinə səfəri ilə bağlı Pekinin mövqeyinə dair sualına cavab olaraq səsləndirilib.

Qeyd edək ki, Yaponiya İturup da daxil olmaqla Cənubi Kuril adalarının bir hissəsini öz ərazisi hesab edir. Rusiya isə bu adalar üzərində suverenliyinin mübahisə predmeti olmadığını bildirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır