Modern.az

Tramp Suriyaya zərbənin qarşısını alıb

Tramp Suriyaya zərbənin qarşısını alıb

Dünya

14 Avqust 2026, 23:21

İsrail Suriyaya zərbə endirməyi planlaşdırıb, lakin ABŞ Prezidenti Donald Tramp bu əməliyyatın qarşısını alıb.

Modern.az xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı məlumat yayıb.

Bildirilib ki, İsrail Suriyaya qarşı hərbi əməliyyat keçirməyə hazırlaşsa da, Prezident Tramp məsələyə müdaxilə edərək planlaşdırılan zərbəni bloklayıb.

Hələlik hadisənin təfərrüatları və İsrailin hansı hədəflərə zərbə endirməyi planlaşdırdığı barədə əlavə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır