Hörmüz boğazında böyük neft sızması qeydə alınıb. Neft ləkəsinin sahəsi 300 kvadratkilometrdən çoxdur və artıq İran sahillərinə çatıb.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, sızmanın ehtimal olunan mənbəyi avqustun 3-də Oman sahilləri yaxınlığında hücuma məruz qalan “Minoan Pioneer” yük gəmisidir. İlkin hesablamalara görə, hadisə nəticəsində dənizə 380 min litrdən çox neft axmış ola bilər.
Neft artıq İranın Qeşm adasına çatıb. Sızma bölgədəki manqrov meşələri, mərcan rifləri, nadir tısbağa növləri və balıqçılıq əraziləri üçün ciddi təhlükə yaradır.
Analitiklər “Minoan Pioneer” gəmisinə hücumun arxasında İranın dayana biləcəyini ehtimal edirlər.