Modern.az

İndoneziyada 7,7 ballıq zəlzələ: 5 nəfər ölüb

İndoneziyada 7,7 ballıq zəlzələ: 5 nəfər ölüb

Dünya

15 Avqust 2026, 09:05

İndoneziyanın şərq sahillərində 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Modern.az xəbər verir ki, zəlzələ nəticəsində azı 5 nəfər ölüb.

Məlumata görə, ölən şəxslər zəlzələ zamanı binaların daxilində olub və konstruksiyaların dağılması nəticəsində həyatlarını itiriblər.

Əsas yeraltı təkanın ardından bölgədə onlarla afterşok qeydə alınıb. İndoneziyanın bir neçə rayonunda hündürlüyü bir metrdən az olan sunami dalğaları müşahidə edilib.

Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq zəlzələdən təxminən üç saat sonra ləğv olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?