Modern.az

Ukrayna “Roskosmos”u vurub - Zelenski

Ukrayna “Roskosmos”u vurub - Zelenski

Dünya

Bu gün, 13:20

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətində “Roskosmos”un tərkibində fəaliyyət göstərən mərkəzə zərbə endirib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski sosial şəbəkələrdə yazıb ki, Ukraynanın uzaqmənzilli zərbələri nəticəsində Rusiyanın “Roskosmos” dövlət korporasiyasının əsas müəssisələrindən biri olan “Progress” Mərkəzi vurulub.

Onun sözlərinə görə, müəssisə, xüsusilə elektronika istehsalı ilə məşğul olub.

Ukrayna Prezidenti hücum zamanı Ukraynaya məxsus “Flaminqo” raketlərindən istifadə edildiyini bildirib. O qeyd edib ki, Ukrayna sərhədindən Samara vilayətinə qədər məsafə təxminən 900 kilometrdir.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev daha əvvəl Ukrayna hərbçilərinin vilayətdəki sənaye müəssisəsinə raket zərbəsi endirdiyini açıqlayıb. Lakin o, hansı müəssisənin hədəf alındığını dəqiqləşdirməyib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu, həmçinin Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” aerodromuna da zərbə endirib. O bildirib ki, həmin aerodromda Rusiya raketlərinin daşıyıcıları yerləşir.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hücumlarla bağlı özünün “Telegram” kanalında məlumat verməyib. Bununla belə, Nijni Novqorod vilayətinin adı Rusiyanın Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama