Modern.az

İndoneziyada yenə güclü zəlzələ oldu - YENİLƏNİB

İndoneziyada yenə güclü zəlzələ oldu - YENİLƏNİB

Dünya

15 Avqust 2026, 22:00

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri bu dəfə Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib, zəlzələ ocağı isə 35 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, daha əvvəl İndoneziya sahillərində baş verən güclü zəlzələ nəticəsində 47 nəfər həyatını itirib.

*18:51

İndoneziyanın Sumatra adasından şimalda 6,8 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 163 km dərinlikdə yerləşib.

Qeyd edək ki, ölkənin Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə yüksəlib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var