Modern.az

Ərdoğan: "Trampdan F-35-lərlə bağlı vədinə əməl etməsini gözləyirik"

Ərdoğan: "Trampdan F-35-lərlə bağlı vədinə əməl etməsini gözləyirik"

Dünya

15 Avqust 2026, 19:52

Türkiyə ABŞ Prezidenti Donald Trampdan F-35 qırıcıları ilə bağlı verilən vədin yerinə yetirilməsini gözləyir.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“F-35 qırıcıları ilə bağlı Trampdan söz almışıq və onun bu vədə əməl etməsini gözləyirik”, - Türkiyə lideri deyib.

Ərdoğan məsələnin həlli ilə bağlı gözləntilərinin davam etdiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?