Rusiya Silahlı Qüvvələri bu gün Dnepropetrovsk vilayətinin beş rayonuna 50-dən çox hücum həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanca məlumat verib.
Hücumlar nəticəsində 17 nəfər yaralanıb, onlardan ən azı 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Müəssisələrə, fərdi yaşayış evlərinə, bazara, bank filialına və avtomobillərə, o cümlədən marşrut avtobusuna ziyan dəyib.