Modern.az

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi 

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi 

Dünya

Bu gün, 14:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb.

Modern.az xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:

"Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imkan verən Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə ürəkdən təbriklərimi bildirirəm. "Dildə, fikirdə, işdə birlik" şüarı ilə addım atdığımız bu qardaşlıq yolunda birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi və davamlı olmasını arzu edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər