Modern.az

Tramp Putinə zəng edəcək: “Çox tezliklə baş tutacaq”

Tramp Putinə zəng edəcək: “Çox tezliklə baş tutacaq”

Dünya

Bu gün, 13:50

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bunu Merilend ştatında jurnalistlərlə söhbəti zamanı deyib. Görüşün videoyazısını Associated Press yayıb.

“Mənim telefon danışığım planlaşdırılıb. Çox tezliklə baş tutacaq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti jurnalistin Rusiyanın İrkutsk şəhərində aşkarlanan və Rusiya hakimiyyəti tərəfindən “mənşəyi müəyyən edilməmiş pnevmoniya” kimi diaqnoz qoyulan infeksiyanı Putinlə müzakirə edib-etmədiyi barədə sualını cavablandırarkən bu açıqlamanı verib. KİV isə sözügedən xəstəliyin taun ola biləcəyi barədə məlumatlar yayıb.

Jurnalistin Rusiyada taun ehtimalı ilə bağlı ABŞ xüsusi xidmət orqanlarının nə dediyini soruşmasına cavab olaraq Tramp bildirib ki, çox ciddi müzakirələr aparılır və bu barədə yaxın vaxtlarda açıqlama veriləcək.

Qeyd edək ki, oktyabrın 2-də İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun 28 yaşlı əməkdaşı infeksiyaya yoluxaraq vəfat edib. İlkin ehtimala görə, buna taun törədicisinin olduğu sınaq şüşəsinin zədələnməsi səbəb ola bilər. Xəstə ilə təmasda olmuş 197 nəfər ciddi tibbi nəzarətdə saxlanılır.

Oktyabrın 4-də Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) İrkutsk vilayətində, o cümlədən İrkutsk və Şelehov şəhərlərində sanitar-epidemioloji vəziyyətin sabit olduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi